fako87


Sivas bölgəsində baş verən yol qəzasında yaralanan hacılardan 9-u Türkiyənin müxtəlif xəstəxanalarındadır.
Noyabr 25, 2010, 12:52
Filed under: HADİSƏ

[ 25 Noyabr 2010 11:20 ] 


Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, hacılardan 7-i Sivas, 1-i Kayseri, 1-i isə Adana xəstəxanasında müalicə alır.

Sivasdakı xəstəxanada olan 7 hacıdan 6-sı yaralıdır, 1-i isə yaralı olan həyat yoldaşına yardım etməkdən ötrü onun yanında qalıb.

R. Dadaşova Adanadakı xəstənin komada olduğunu, onun xüsusi aparata qoşulduğunu da deyib.

Qeyd edək ki, noyabrın 23-də azərbaycanlı zəvvarları Vətənə gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Ölənlərin meyitləri və yaralılardan 20 nəfəri noyabrın 24-dən 25-nə keçən gecə xüsusi təyyarə ilə Bakıya gətirilib. Avtobusun sürücüsü Asif Bağırov həbs olunub.


Şərh yaz so far
Bir şərh yazın



Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma



%d bloqqer bunu bəyənir: