fako87


Azıx Mağarası haqqda
Dekabr 6, 2010, 12:52
Filed under: HADİSƏ

Azıx mağarası – Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır.

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Mağarada qiymətli tapıntılar

 

Azıxantropun çənə sümüyü və əmək alətləri

Çənə sümüyünün azı dişlərindən biri bütöv qalmış, digəri isə qismən sınmışdı. Alimlər onu 18 yaşlı bir qadına məxsus olduğu düşüncəsindədirlər. 18 yaş o dövr üçün qocalıq dövrü hesab olunurdu, çünki o zamanlar həyat orta hesabla 20-22 il davam edirdi. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasına diqqət daha da çoxaldı.

Çox keçmədən mağarada Paleolit dövrü və Mezolit dövrünə aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edildi. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.

Mağaradan tapılan mühüm tapıntılardan biri də daş alətlər idi. Arxeolojı baxımdan bu sadə alətlər “çay daşı mədəniyyəti”ni təmsil edirdi. Buna və mağara Quruçay ərazisində yerləşdiyinə görə bü dövr “Quruçay mədəniyyəti” adlandırılır. Yaxınlığına görə bu mədəniyyəti ancaq Tanzaniyanın Olduvay düşərgəsində aşkar edilmiş 1.5 milyon illik tarixi olan mədəniyyətlə müqayisə etmək olar. Çünki Quruçay mədəniyyətini də məhz bu qədər tarixə malik olduğu sübut edilmişdir. Azıx mağarasının sakinləri ovçuluqla məşgul olurdular. Mağaradan tapılmış 45 növ heyvan sümüyü bunun əyanı sübutudur. Bəzilərin kökləri artıq kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər davam edən ayı və maral xüsusi yer tutur. Bəzi mütəxəssislərin düşüncələrinə görə ayı mağara sakinləri üçün müqəddəs hesab olunurmuş. Alimlər bu fikirləri mağarada bir-birinin yanınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalışırlar. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki qədim türk dillərində “azıx” -“ayı” deməkdir.

Azıx əmək alətləri Aşel 1.jpg
Azıx əmək alətləri III təbəqə 1.jpg
Azıx əmək alətləri V təbəqə 1.jpg
Azıx əmək alətləri X təbəqə 1.jpg
Azıx mağarasının V təbəqəsindən aşkarlanmış Orta Aşel dövrünə aid daş əmək alətləri Azıx mağarasının III təbəqəsindən aşkarlanmış Son Aşel – Mustye mədəniyyəti dövrün aid daş əmək alətləri Azıx mağarasının V təbəqəsindən aşkarlanmış Qədim (erkən) Aşel dövrünə aid daş əmək alətləri Azıx mağarasının X təbəqəsindən aşkarlanmış Quruçay mədəniyyətidövrünə aid daş əmək alətləri

Azıx mağarasında həmçinin ocaq yerləri də aşkar edilmişdir. Bu ocaqlar kənardan daşlarla əhatə olunmuşdur. Mağaradan tapılmış 5 ocaq yerindən insanların təkcə yemək hazırlamaq üçün deyil, həm də odu qoruyub saxlamaq üçün istifadə etdikləri güman edilir. Bu ocaq yerlərindən birinin ətrafında qalınlığı 30 sm. olan aypara şəkilli divar vardır. Bu divarın tikilməsinin əsas səbəbi yaxınlıqdaki yaşayış yerini oddan qorumaq idi. Mağaradakı ocaq yerindın başqa həm də ilk tikili hesab olunur.

Bütün bu göstərdiklərimiz dünyanın ən qədim sakinlərinin yaşayış yerinin Azərbaycanın olduğu haqda fikirləri sübut edir. Çox təəssüf ki, dünyanın ən qədim sakinlərinə ev sahibliyi etmiş bu Azərbaycan torpağı indi işğal altındadır. O torpaqların düşmən caynağından azad olunacağı gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.

Şəkillər

Azıx mağarasından tapılan maral sümükləri (Azərbaycan Tarix Muzeyi)

Azıx mağarasından tapılmış daş alətlət (Azərbaycan Tarix Muzeyi)

Azıxantrop – çənə sümüyü

Məmmədəli Hüseynov Azıx mağarasında tədqiqat apararkən


Şərh yaz so far
Bir şərh yazın



Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma



%d bloqqer bunu bəyənir: