fako87


Yanacaq doldurma məntəqəsinə silahlı basqın olub. Operator qətlə yetirilib.
Yanvar 11, 2011, 12:52
Filed under: HADİSƏ

Hadisə Ağstafa rayonunun Qırlı kəndi ərazisində yerləşən Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində baş verib.35 yaşlı Məmməd Məmmədov avtomat silahından güllələnib. Basqın yanvarın 10-u saat 3 radələrində qeydə alınıb. Basqınçılarla əlbəyaxa olan Məmməd Məmmədov onların əlindən silahı ala bilib. Bundan sonra onlar hadisə yerindən qaçıblar. Operator dərhal polisə xəbər verib. Lakin bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsinə qayıdan həmin şəxslər Məmməd Məmmədova avtomat silahdan atəş açıblar. Mərhum aldığı gülləyarasından yerindəcə dünyasını dəyişib. Basqınçılar operatorun öldüyünü görüb hadisə yerindən qaçıblar.

Bakı Qazax avtomagistralının solunda yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edənlər hərbiçilər olub. N saylı hərbi hissənin kiçik çavuşu Sahib Əsgərov, əsgərlər Sənan Mehdiyev və Ulduz Ağayev saxlanılıb. Faktla bağlı Ağstafa rayon prokurorluğu hər hansısa bir açıqlama verməkdən imtina edib. Öz növbəsində Müdafiə Nazirliyi açıqlama yayıb. açıqlamada bildirilir ki, hərbiçilər ilkin dindirmə zamanı yanacaqdoldurma məntəqəsinə pul ələ keçirmək üçün basqın etdiklərini etiraf ediblər. Ancaqoperatotun sayıqlığı istəklərini həyata keçriməyə imkan verməyib. Basqın zamanı Sənan Mehdiyev də güllə yarası alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edək ki, qətlə yetirilən Ağstafa rayonunun Qırılı kənd sakini Məmməd Məmmədov, 2 uşaq atasıdır.


1 Şərh so far
Bir şərh yazın

Yeten yeteni vurur… yaziq olmush. Allah rehmet etsin… amin. 1aile bashsiz qaldi… 😦

Şərh tərəfindən nurnuri




Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma



%d bloqqer bunu bəyənir: