fako87


KALAŞNİKOV
Yanvar 12, 2011, 12:52
Filed under: HADİSƏ

Kalaşnikov avtomatı- AK-47 – avtomat rejimli döyüş silahı. Dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək-tək, həm də fasiləsiz olaraq avtomat rejimində atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibartlığı və sadə qulluq olunması ilə fərqlənir.

Tarixi:
1943-cü ildə Elizarov və Seminanın işlədikləri 7,62 mm patrona uyğun olaraq yeni silah hazırlanmağa başlayır.Tapanca-pulemyotlari əvəz etmək üçün yeni individual avtomatik silaha ehtiyac var idi. Bu avtomat dəyişiləbilən maqazin və rejimləri çevirən mexanzimə malik, karabin maqazinli, yəni özü gülləni verən, yüngül pulemyot xassələri özündə cəmləməli idi. Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudaev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə öz konstruksıyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi üzrə təklif olunur. Nəticədə Kalaşnikovun avtomatı Deqtyarev, Simonov, Rukavişnikov, Barisev tərəfindən hazirlanmış bütün avtomatlara qalib gəlir. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə hərbiyə götürülür.

Avtomat Kalaşnikov
Çapı 5.45 və 7.62
İstifadə etdiyi güllə 7.62×39 mm
Ümumi uzunluq 800 mm
Lülə uzunluğu 415 mm
Darağın tutumu 30
Boş ağırlıq 4300 qram
Dolu ağırlıq 4876 qram
Atəş sürəti Dəqiqədə 600 güllə
Güllənin lülədən çıxışı 700 metr saniyə
Uçuş məsafəsi 1500 m
Yiv 4 ədəd sağa dönən

AK-46
Kalaşnikov avtomatının ilk prototipi AK-46 1946-cı ildə nümayiş etdirilsə də, o orduya qəbul edilmir. Ilk nümunələrə AK-1 və AK-2 adı verilir. 1946-cı ildə bu avtomatlar sınaq zamanı yaxşı nəticə göstərirlər. Xarici görünüşünə görə AK-46 avtomatı alman avtomatı olan StG 44-dən fərqlənmirdi. Sonralar işlənmiş AK-47 avtomatı da alman avtomatı StG 44-dən heç də çox fərqlənməmişdir. Sınaqdan sonra avtomat yenidən təkmilləşdirməyə göndərilir.

Kalaşnikov avtomatı və alman avtomatı StG 44 arasındakı oxşarlıq uzun müddət SSRI və xarici ölkələr arasında olan mübahisəyə səbəb olmuşdur. Almanlar bunun StG 44-ün sürəti olduğunu təkid etsələr də , ruslar bu fikri tamamilə təkzib edirdilər. Əslində Kalaşnikov avtomatının hazırlanmasının əsasında məhz StG 44 silahının konstruksiyası durur və bunu adi gözlə də görmək olur.Ikinci dünya müharibəsi bitdikdən sonra “StG 44” avtomatının istehsalı ilə məşğul olan Henel firmasının yerləşdiyi ərazi rusların nəzarətinə keçir. 1945-ci ildə Henel firması mülki malların istehsalı ilə məşğul olmasına baxmayaraq, onlar SSRI-nin sifarişi əsasında 50 ədəd StG 44 avtomatını yığıb SSRI-yə göndərirlər. Eyni zamanda 10785 vərəqdən ibarət hazırlama cizgiləri də ruslarin əlinə keçir.

Mixail Kalaşnikovun 1946-cı ildə hazırladığı təcrübə silahı. AK-46

AK-46 sökülmüş vəziyyətdə

AK-47, 1947-ci ildə Kalaşnikovun təcrübə avtomat silahı

AK-47 sökülmüş vəziyyətdə

Bu slaydşou üçün JavaScript lazımdır.

AK-47, 1947-ci ilin ikinci modeli

AK 1949-51 arası buraxılan model.

1951-ci ilin modeli.

AK 1951-ci ildə xüsusi təyinatlı qruplar üçün PBS-1 səsboğucu dəsti ilə

AKM-Modernləşdirilmiş model

AKMS-Modernləşdirilmiş Kalaşnikovun möcüzəvi “Skladnoy” modeli.Bu model əvvəlkilərdə yığcamlığını görə fərqlənir.Qundaq hissəsi aşağı döğru əyilməklə darağın qabaq hissəsinə keçir və uzunluğu azaldır.Yaxın döyüş üçün daha əlverişlidir

AKMN

AKM- Avtomat Kalaşnikov GP-25 qranatatanla dəst



Şərh yaz so far
Bir şərh yazın



Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma



%d bloqqer bunu bəyənir: